Kosova NATO-ya yenidən çağırış etdi

1 Yanvar 2023 21:02

Keçən həftə Serbiya ilə Kosova arasında gərginliyin başlamasından sonra Kosovanın Baş naziri Albin Kurti NATO müdafiə qüvvələrinin prosesdə daha güclü iştirakına çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kurti "Velt"ə müsahibəsində bildirib.

"Ölkəmizdə NATO əsgərlərinin və hərbi texnikasının sayının əhəmiyyətli dərəcədə artırılması Kosovada və Qərbi Balkanların bütün regionunda təhlükəsizliyi və sülhü yaxşılaşdıracaq", - Kurti bildirib.

O qeyd edib ki, Kosova hazırda müdafiə xərclərini və əsgərlərin sayını artırır:

"NATO-nun KFOR sülhməramlı qüvvələrində əsgərlərin sayının artırılması bizim müdafiə səylərimizi dəstəkləyəcək".

Milli.Az