Gədəbəydə ana və oğlu dəm qazından zəhərləndi

1 Yanvar 2023 20:41

Gədəbəy rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Rayon sakinləri, 1994-cü il təvəllüdlü Sevta Aslanova və onun oğlu 2013-cü il təvəllüdlü Əli Aslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Milli.Az