Azərbaycanda bəzi rayonlarda yollar buz bağlayacaq

1 Yanvar 2023 11:31

Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb.

Yanvarın 02-də ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacağı gözlənilir.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

Milli.Az