Bu ildən bu şəxslərə 600 manat müavinət veriləcək

1 Yanvar 2023 10:11

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə bu ilin ilk günündən hesablanaraq ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Milli.Az bildirir ki, bu, daha əvvəl Prezident İlham Əliyevin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.

Milli.Az