Ermənilər Çavuşoğluya inanmır

13 May 2010 16:37
Milli.Az xəbər portalının "Armenia Today"a istinadən verdiyi məlumata görə, bunu erməni türkoloq Ruben Melkonyan bildirib. O, hazırkı mərhələdə Yerevan-Ankara münasibətlərinin nəinki inkişaf etmədiyini, əksinə, daha da sərinləşmənin müşayiət olunduğunu düşünür.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbəri Mövlud Çavuşoğlunun Yerevana səfərinə də toxunan ekspert hesab edir ki, o, istənilən halda bütün beynəlxalq qurumlarda ilk növbədə Türkiyənin maraqlarını müdafiə edəcək.
Qeyd edək ki, M.Çavuşoğlu iki gündür Ermənistanda səfərdədir. Dünən ölkə rəhbərliyi ilə görüşən AŞPA sədri bu gun Ermənistan Ombudsmanı ilə də bir araya gəlib. Görüşdə Ermənistanda insan haqları ilə bağlı vəziyyət müzakirə olunub.

Milli.Az