3-ü azyaşlı olmaqla 5 nəfər zəhərlənib

31 Dekabr 2022 19:41

Cəlilabadda bir evdə 3-ü azyaşlı olmaqla, 5 nəfər dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, dəm qazından zəhərlənən şəxslər rayonun Adnalı kənd sakinləri - 1988-ci il təvəllüdlü Z. Qürbətov, 1992-ci il təvəllüdlü C. Salmanlı, 2013-cü il təvəllüdlü G. Salmanlı, 2015-ci il təvəllüdlü R. Hümbətov və 2017-ci il təvəllüdlü Y. Hümbətovdur.

Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az