Bu resepti nəinki xərçənglə mübarizə aparan şəxslər, həmçinin xərçəngə doğru yol alan xroniki xəstəliyi olan insanlar da hazırlayıb, qəbul etməlidirlər.
Yəni belə reseptlər profilaktika məqsədilə də çox lazımlı və effektlidir.
Sizə lazımdır:
400 qr təmiz, təzə buğdanı şüşə qaba, boşqaba yayıb, üzərinə su alıb, tənzif bağlayırsız. Sanki səməni cücərdirmiş kimi. Buğda bir az cücərənə kimi saxlayın.
İnqridiyentlər:
Limon - 15 ədəd
Sarımsaq - 12 baş
Bal -1 kq
Qoz - 400 qr
Diqqət: ərzaqları blenderdən keçirmək olmaz, belə olan halda onlar faydalı birləşmələri və yağları itirirlər. hər şeyi əllə, həvəngdəsdətə, ya da mətbəx taxtası üzərində əzməli, xırdalamalısız.
Hazırlanması:
Cücərmiş buğdanı yuyub, suyunu süzürsüz, buğda, sarımsaq, qoz əzilib xırdalanır. 5 ədəd limon qabıqlı halda əzilir, xırdalanır və bu ərzaqlar emallı qabda qarışdırlır. Qalan 10 limonun suyu sıxılır, qaba əlavə olunur. Yaxşı qarışdırdıqdan sonra bal qatılır. Yalnız taxta qaşıqla qarışdırılır. Hazır qarışım şüşə bankaya yığılır. Soyuducuda saxlanılır. 3 gündən sonra istifadəyə hazırdır.
Istifadəsi: hər gün gündə 6 dəfə 2 xörək qaşığı qəbul olunur. 1 qaşıq acqarına, bir qaşıq nahardan əvvəl, 1 qaşıq da yatmazdan əvvəl mütləq olmalıdır.
Kömək etdiyi problemlər:
-Onkoloji xəstəliklər
-İmmunitet zəifliyi
-Sinir, nevroz
-Həzm problemləri
-Damarları təmizləyir, qan artırır
-Beyin fəaliyyətini yaxşılaşdırır
Milli.Az