Filippində daşqınlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatdı

31 Dekabr 2022 13:52

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 46 nəfər ölüb, 28 nəfər itkin düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Filippinin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının məlumatında qeyd olunub.

Daşqınlar respublikanın 10 rayonunda 517,8 mindən çox insanın həyatına təsir edib. 56,8 min insan təxliyyə məntəqələrindədir.

Təbii fəlakət 4,5 min evə ziyan vurub. 22 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Milli.Az