Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşdi

31 Dekabr 2022 09:18

Beşqat "Qızıl top"un sahibi portuqaliyalı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubu ilə müqavilə imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti xəbər verib.

AFP-nin məlumatına görə, müqavilə 2025-ci ilə qədər olacaq.

"Bu, nəinki klubumuzu yeni uğurlara ruhlandıracaq, həm də liqamızı və gələcək nəsilləri özlərinin ən yaxşı versiyası olmağa ruhlandıracaq bir transferdir", - deyə klubun mətbuat xidmətindən bildiriblər.

Milli.Az