Ronaldu özünə klub tapdı

30 Dekabr 2022 22:06

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səüdiyyə Ərəbistanın "Əl Nəsr" klubu ilə 2 illik müqavilə imzalayıb.

Bu barədə Milli.Az Al Arabiya-ya istinadən xəbər verir.

Xatırldaq ki, bir müddət əvvəl 38 yaşlı forvardın illik 200 milyon avro maaş olmaqla 2,5 mövsümlük müqavilə imzalaması gözlənilib. Ondan sonra K.Ronaldu "Record" nəşrinə açıqlamasında deyib ki, "Əl Nəsr" futbol klubu ilə müqavilə imzalamayıb. "Xeyr, bu doğru deyil", - deyə portuqaliyalı ulduz futbolçu müvafiq suala cavabında bildirib.

İrfan Vəliyev

Milli.Az