Tvitterdə növbəti ildən yenilik tətbiq olunacaq

30 Dekabr 2022 21:39

2023-cü ildən etibarən Tvitterdə hesabın qadağan edilməsi və ya məhdudlaşdırılmasının səbəbləri təqdim olunacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Tvitter sahibi İlon Mask vurğulayıb.

"Biz həqiqətən hesabın niyə dayandırıldığını və ya məhdudlaşdırıldığını göstərəcək bir xüsusiyyət yaratmalıyıq. Bu, yanvar ayında baş verəcək", - Mask qeyd edib.

Milli.Az