Türkiyədə daha bir dəhşətli hadisə - 5 ölü, 2 yaralı - VİDEO - FOTO

30 Dekabr 2022 20:04

Türkiyədə daha bir dəhşətli hadisə yaşanıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, İzmirdə hotelin inşaat prosesi zamanı kran aşıb.

Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

İlkin açıqlamaya görə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Qeyd edək ki, bir neçə saat əvvəl Türkiyənin başqa vilayətində restoran partlayışı nəticəsində 7 nəfər ölüb.

Milli.Az