Dövlət Neft Fondunun 2023-cü il büdcəsi təsdiqləndi

30 Dekabr 2022 17:06

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 990 947,2 min manat, xərcləri isə 11 392 336,5 min manat məbləğində təsdiq edilib.

PDF yükləyin

Milli.Az