Hava limanı ərazisində hər hansı insident qeydə alınmayıb

30 Dekabr 2022 11:58

Son günlər bəzi kütləvi informasiya vasitələrində guya ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun parklama ərazisində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlunun qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət aldığı və qayınatasının ona bir neçə balta zərbəsi endirdiyi barədə xəbər yayılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirir ki, baş verən hadisə həqiqəti əks etdirmir. Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb.

KİV-lərdən məlumatın yayılmasından öncə rəsmi qurumlardan dəqiqləşdirmələri xahiş olunur.

Milli.Az