Naxçıvanda və Şuşada DOST Mərkəzləri yaradılacaq

30 Dekabr 2022 11:20

Naxçıvan Muxtar Respublikasında DOST Mərkəzi yaradılacaq.

Milli.Az xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Eyni zamanda, azad edilmiş ərazilərdə də DOST mərkəzlərinin açılması nəzərdə tutulur.

Fərid Məmmədov bildirib ki, hazırda bununla bağlı işlər aparılır.

"Azad olunmuş ərazilərdə, xüsusən də Şuşa şəhərində DOST mərkəzinin yaradılması nəzərdə tutulur",- F.Məmmədov bildirib.

Milli.Az