İspaniya məhkəməsi Ronaldu barəsində həbs qərarı çıxarıb

30 Dekabr 2022 14:09

İspaniya məhkəməsi Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu barəsində həbs qərarı çıxarıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 37 yaşlı superulduza vergidən yayındığı üçün 23 aylıq cəza verilib.

Ancaq İspaniya qanunlarına əsasən həbs müddəti iki ildən az olduğu üçün Ronaldu pul cəriməsi ilə canını qurtaracaq. O, 3,57 milyon avro qarşılığında cəzadan azad olunacaq.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted" klubu ilə müqaviləsini ləğv edən Kriştianu hazırda klubsuzdur. Onun Madrid "Real"ına transferi gözlənilir.

Milli.Az