Ukrayna ordusu Rusiya ərazisinə girə bilər

30 Dekabr 2022 13:36

Ukrayna ordusu Rusiya ərazisinə daxil ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.

Danilov Ukrayna ordusunun Rusiya ərazisinə daxil olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb:

"Bəli, mütləq. Ölkəmizin müdafiəsi bizdən lazım bildiyimiz yerdə olmağı tələb edərsə, biz orada olacağıq. Bununla bağlı heç kəsdən heç nə soruşmayacağıq".

Milli.Az