Türkiyədə partlayış - 7 ölü, 4 yaralı - VİDEO

30 Dekabr 2022 17:44

Türkiyənin Aydın şəhərində müəssisələrin birində partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insidentə səbəb qaz balonunun partlaması olub.

Hadisə nəticəsində 7 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.

Milli.Az