2010-2013-cü illərdə "Disney" kanalında yayımlanan "Shake it up" serialının ulduzu Bella Torn açıqlaması ilə diqqət çəkib.
Milli.Az olay-a istinadən xəbər verir ki, 25 yaşlı amerikalı aktrisa 14 yaşı olarkən çimərlikdə bikini geyindiyi üçün az qalsın işdən qovulduğunu bildirib.
"Pərəstişkarlarımdan biri şəklimi çəkdi. Foto o zamanlar sözün əsl mənasında viral oldu. İnsanlar "kiçik bir qız bunu etməyə necə cəsarət edir? Bu iyrəncdir" kimi şərhlər bildirirdi", - deyə, Bella qeyd edib.
Milli.Az