Kadırov 35 dəfə “jim” etdi - VİDEO

30 Dekabr 2022 19:46

Çeçenistan rəhbəri Ramzan Kadırov heç vaxt Rusiya prezidentliyinə iddia etməyəcəyini, bu vəzifəyə namizədliyini irəli sürməyəcəyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o xatırladıb ki, Rusiya Federasiyasının vətəndaşıdır, ona görə də dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ var.

"Başqaları edə bilər, çeçenlər edə bilməz? Amma mən bunu heç vaxt etməyəcəyəm", - o birbaşa xətt zamanı onun Rusiya lideri postuna yüksəlməsi ilə bağlı şayiələrə cavab verərkən deyib.

Kadırov birbaşa xəttin sonunda 35 dəfə "jim" edərək tamaşaçıları tam sağlam olduğuna inandırıb.

Milli.Az