Odessa işıqsız qaldı

30 Dekabr 2022 08:17

Odessa və vilayətin əksər yaşayış məntəqələrində enerji infrastrukturunun dağıdılması səbəbindən elektrik enerjisi verilmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli vilayət administrasiyasının rəhbəri Maksim Marçenko özünün Teleqram kanalında məlumat yayıb.

Qeyd edək ki, dekabrın 29-da Ukraynanın Kiyev, Odessa, Xarkov, Lvov və digər şəhərlərində silsilə partlayışlar baş verib.

Milli.Az