Gədəbəy sakini dəm qazından zəhərləndi

29 Dekabr 2022 23:56

Gədəbəy sakini dəm qazından zəhərlənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.

Belə ki, kənd sakini 23 yaşlı Günay Vəliyeva yaşadığı evdə halı pisləşib. Xəstəxanaya çatdırılan G.Vəliyevanın dəm qazından zəhərləndiyi məlum olub. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Milli.Az