Kadırov ağır xəstəliyə düçar olub? - AÇIQLAMA

29 Dekabr 2022 23:53

Tamamilə sağlamam və idman hazırlığımı göstərməyə hazıram.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov onun xəstəliyi ilə bağlı yayılan söz-söhbətlərə cavabında deyib.

Tamamən sağlamam. Hər gün məşq edib, üzürəm. Gərək olarsa, öz idman hazırlığımı da nümayiş etdirə bilərəm", - deyə o bildirib.

Milli.Az