Adriana Lima tanınmaz halda - FOTO

29 Dekabr 2022 21:57

Brazilyalı supermodel Adriana Lima oğlunu dünyaya gətirəndən 3 ay sonra yenidən podiuma çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Qatar Fashion United by CR Runway" çərçivəsində geyimləri nümayiş etdirən supermodelin fotoları sosial media seqmentində müzakirələrə səbəb olub. İzləyicilərin çoxu onu tanımaqda çətinlik çəkdiklərini bildiriblər. Bəziləri isə ana olduqdan sonra Adriananın dəyişməsini normal qarşılayıblar.

Qeyd edək ki, üçüncü övladının atası modelin prodüser sevgilisi Andre Lemmersdir. A.Limanın

ilk evliliyindən daha iki qız övladı var.

Milli.Az