Elza canlı efirdə pərt oldu - VİDEO

29 Dekabr 2022 19:48

Əməkdar artist Elza Seyidcahan canlı efirdə pərt olub.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "ATV səhər" verilişində "Yeni il"ə aid olan mahnını oxuduğu zaman səsi batıb.

Çətin vəziyyətə düşən Seyidcahan "Vasif Məhərrəmli gülür. Vasif gülmürsən ki?" gülərək üstündən keçməyə çalışıb.

Qeyd edək ki, daha əvvəl "Zaurla Günaydın" səhər şousunda Elzanın evində qonaq olan aparıcı Zaur Baxşəliyevin  sənətçinin nənəsinə məxsus antik qarmonunu ələ alan zamanı iki yerə bölünməsinə verilişdə qonaq olan Əməkdar artist Vasif Məhərrəmli gülmüşdü.

Buna əsəbiləşən Elzanın anası canlı efirə zəng edərək, Vasifin və proqramda qonaq olan digər müğənni qonaqların gülmələrinə etirazını bildirmişdi.

Milli.Az