Salma Hayek ögey oğlunun FOTOsunu paylaşdı

30 Dekabr 2022 05:22

Fransalı milyarder Fransua Anri Pino ilə ailəli olan Hollivud ulduzu Salma Hayek ailəsi ilə fotosunu yayımlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlüyün birlikdə nikahlarından 15 yaşlı qızı Valentina var. Eyni zamanda iş adamı digər evliliyindən iki övlada sahibdir.

Salma ögey oğlu 16 yaşlı Avqustinlə tez-tez vaxt keçirir. Bu dəfə isə ailə birlikdə tətilə yollanıb. Salmanın gəzintidən yayımladığı şəkildə qızı və Aqustin yer alıb. O, Yeni ili ailəsi ilə birlikdə dağlıq ərazidə keçirəcəyini vurğulayıb.

Milli.Az