Bakı Yeni il ərəfəsində - FOTOREPORTAJ

29 Dekabr 2022 12:12

Paytaxt Bakımız Yeni ili qarşılayır. Şəhər gözoxşayan işıqlarla, yolkalarla bəzədilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin mərkəzi küçələri gözəl, rəngbərəng işıqlarla, al-əlvan bayraqlarla, müxtəlif rənglərə bürünmüş şam ağacları ilə bəzədilib. Şəhərin mərkəzi Nizami küçəsi bayram rənglərinə boyanıb.

Həmçinin, bayramla əlaqədar şəhərin mərkəzi küçələrində Yeni il yarmarkaları təşkil edilib.

Trend-in fotoqrafı əlvan çıraqlarla, Yeni il ağacları ilə bəzənmiş paytaxt Bakının xoş əhval-ruhiyyəli görüntülərini lentə alıb.

Milli.Az