Rusiya Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri raket atəşinə tutub.
Milli.Az APA-ya istinadən bildirir ki, Ukraynanın Kiyevlə yanaşı, Odessa, Xarkov, Nikolayev, Lvov şəhərlərində, Kiyev və Jitomir vilayətlərində silsilə raket partlayışları baş verib.
Partlayış nəticəsində Odessa vilayətində elektrik enerjisinin və suyun verilişi dayandırılıb.
Həmçinin Xarkovda metronun fəaliyyətinin dayandırıldığı bildirilib.
Dnepr vilayətinə gözlənilən raket hücumu ilə bağlı elektrik enerjisi verilməsi dayandırılıb.
Milli.Az