Peruda güclü zəlzələ olub

29 Dekabr 2022 08:48

Perunun cənubunda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Cənubi Amerika Respublikasının Geofizika İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentri 1000-ə yaxın insanın yaşadığı Kilka şəhərindən 11 km qərbdə yerləşib.

Zəlzələ yerin 80 kilometr dərinliyində baş verib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Milli.Az