Rusiyadakı yanğında 3 uşaq öldü

29 Dekabr 2022 08:43

Rusiyanın İrkutsk şəhərində fərdi ikimərtəbəli evdə yanğın olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 3 uşaq ölüb.

Yanğının ümumi sahəsi 72 kvadratmetr olub. İlkin məlumata görə, yanğın naqillərlə ehtiyatsız davranma səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az