Zaqatalada ev yanıb

29 Dekabr 2022 08:33

Zaqatala rayonunun Göyəm kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin bir otağının tavanı 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az