Ermənistanın hava limanında silah aşkarlanıb

29 Dekabr 2022 08:20

Ermənistanın "Zvartnots" hava limanının polisi Mahaçqala-İrəvan reysi ilə uçan təyyarənin sərnişinin yükündə ​​tapança aşkarlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti xəbər verib.

Qeyd edilir ki, o, 21 yaşlı gəncdir. Həmin şəxsin yükündə "STT" markalı tapança aşkarlanıb.

Kişi polisə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az