Rusiya bu ölkənin diplomatını qovdu

28 Dekabr 2022 23:59

Litva diplomatı beş gün ərzində Rusiya ərazisini tərk etməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Dekabrın 28-də Litvanın Rusiyadakı müvəqqəti işlər vəkili Yurqita Cibulskiene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Dekabrın 1-də Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşının əsassız olaraq ölkədən çıxarılması ilə bağlı Litva tərəfinə kəskin etiraz edilib", - məlumatda bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, buna cavab olaraq litvalı diplomatlardan biri persona non-qrata elan edilib. O, beş gün ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir.

"Arzuolunmaz şəxs" elan olunan diplomatın adı açıqlanmayıb.

Milli.Az