46 yaşlı qadın dəm qazından boğulub

28 Dekabr 2022 23:23

Hacıqabulda qadın dəm qazından boğularaq ölüb.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə rayonun Natavan küçəsi 18-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1976-cı il təvəllüdlü İmranova Vüsalə Xıdır qızı hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az