Rusiya Prezident Administrasiyası rəhbərinin müavini və "Rosatom"un keçmiş rəhbəri Sergey Kiriyenko Zaporjye Atom Elektrik Stansiyasına gedib.
Milli.Az axar.az-a istinadən bildirir ki, u barədə Rusiya tərəfindən Zaporojye vilayətinin nümayəndəsi təyin edilmiş Vladimir Roqov məlumat verib.
"Ən böyük diqqət stansiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə, həmçinin AES-lərin etibarlılığının və məhsuldarlığının yaxşılaşdırılması üçün görülən tədbirlərə, habelə "Rosatom" işçilərinin iş şəraitinə yönəldilib", - Roqov qeyd edib.
Milli.Az