Bu şəxslərə yanvarın 1-dən 600 manat müavinət veriləcək

28 Dekabr 2022 19:59

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.

Bu Fərman 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Milli.Az