Anası Rəhim Rəhimlini məzarı başında GÖZ YAŞI AXITDI - VİDEO

28 Dekabr 2022 20:51

Bu gün mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin doğum günüdür. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bununla bağlı "Elgizlə izlə" ictimai-sosial verilişinin çəkiliş heyəti sənətçinin anası Firəngiz xanımla birlikdə mərhumun məzarını ziyarət ediblər. 

Rəhimin anası övladının məzarı önündə ağlayaraq, nalə çəkib. Firəngiz xanımla müxbir danışmaq istəsə də, o, danışmaq halda olmadığını bildirib. 

Rəhim Rəhimli yaşasaydı, bu gün 46 yaşını qeyd edəcəkdi. 

Xatırladaq ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-da vəfat edib. 

Milli/Az