Ronaldunun meneceri “Real”la danışıqlara başladı

28 Dekabr 2022 20:40

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna gedəcəyi növbəti dəfə təkzib olunub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, dünya çempionatından sonra Madrid "Real"ında hazırlıq keçən superulduzun bu dəfə karyerasını sabiq komandasında davam etdirəcəyi iddiası ortaya çıxıb. 

Bildirilir ki, onun meneceri Jorge Mendes "Kral klubu"nun nümayəndələri ilə Ronaldunun transferini müzakirə etməyə başlayıb. 

Qeyd edək ki, ötən gün Ronaldunun tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına getdiyi iddia edilsə də, bu, hələlik rəsmi təsdiqini tapmayıb. Son klubu "Mançester Yunayted" olan futbolçu 2009-2018-ci illərdə "Real"da oynayıb. 

Milli.Az