Qanunsuz yolla Azərbaycandan Gürcüstana keçmək istəyən iki pakistanlı saxlanıldı - FOTO

28 Dekabr 2022 11:38

Dekabr ayının 27-də saat 10:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Pakistan vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az