Moskvada 44 yaşlı kişi telefonun doldurulması səbəbindən reanimasiyaya yerləşdirilib.
Milli.Az bildirir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Kişi izah edib ki, o, telefonu şarj edərkən proqramları nəzərdən keçirib və cihazın adapteri qəfil alışıb. Paytaxt sakini üz, baş, boyun və əllərin 1-ci, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Bundan əlavə, həkimlər ona termal inhalyasiya yanığı diaqnozu qoyublar, çünki tüstü kişinin nəfəs borusuna daxil olub.
İrfan Vəliyev
Milli.Az