Siyavuş Qarayev "Şöhrət" ordeni ilə təltif edildi

18 Aprel 2012 19:53
Prezident İlham Əliyev S.F. Qarayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elm və təhsilin inkişafındakı xidmətlərinə görə Siyavuş Fərhad oğlu Qarayev "Şöhrət" ordeni ilə təltif edilsin".

Milli.Az