Pərvin Faiqin klipindən nə qədər pul qazanıb? - VİDEO

28 Dekabr 2022 12:20

Xalq artisti Faiq Ağayev aktrisa Pərvin Abıyevayla birgə kamera qarşısına keçdiyi yeni klipi barədə danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki,sənətçi bu haqda "Şou xəbər" verilişinə müsahibəsində deyib.

Qonorar məsələsindən söz açan Ağayev onlar arasında pul söhbətinin olmadığını vurğulayıb:

"Pərvin bahalı aktrisadırsa, bahalı müğənninin klipində çəkilib. Buradan onu öpürəm, bizim aramızda pul söhbəti yoxdur".

Qeyd edək ki, ifaçı sözügedən klipi 30 dekabrda təqdim edəcək.

Milli.Az