Məşhur aktyor öldü

28 Dekabr 2022 15:11

Polşalı məşhur aktyor Emilian Kaminski vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən 70 yaşlı aktyor Polşanın Yuzefuv şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Emilian Kaminski "Əlvida Mazurka", "Şeytan", "Arsenalda əməliyyat", "Pani Evanın hiylələri", "Cənazə mərasimi", "Quş tanqosu", "Ad günü səyahəti" kimi məşhur filmlərdə rol alıb.

Milli.Az