Bu şəhərdə maşın sürmək qadağan edildi

28 Dekabr 2022 08:02

ABŞ-ın Nyu York ştatının Baffalo şəhərinin hakimiyyəti güclü qar fırtınası səbəbindən avtomobildən istifadəni qadağan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Eri dairəsinin rəhbəri Mark Polonkarts deyib.

"Biz fövqəladə situasiyadayıq və Baffaloda avtomobildən istifadə qadağası qüvvədə qalır", - deyə bildirilib.

O, şəhərdə gəzintiyə heç bir məhdudiyyət tətbiq edilmədiyini söyləyib.

Milli.Az