Noutbuk alışdı, təyyarə məcburi eniş etdi

28 Dekabr 2022 07:41

ABŞ-ın Los-Anceles şəhərindən Almaniyanın Frankfurt şəhərinə uçan təyyarə sərnişinlərdən birinin noutbukunun alışması səbəbindən məcburi eniş edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "ABC 7" telekanalı məlumat yayıb.

Təyyarə Çikaqonun hava limanına planlaşdırılmamış eniş edib. Hava gəmisi eniş edərkən artıq yanğın söndürülüb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilib.

Milli.Az