Ağsuda orta məktəb binası təhlükəli vəziyyətdədir - VİDEO

28 Dekabr 2022 15:00

Tavan hissəsi çürüyüb, uşaqların başına tökülür, divarların uçuq hissələri dəmir parçalarla tutulub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bura Ağsunun Daşdəmirbəyli kənd orta məktəbidir. Valideynlər bildirir ki, daxmayaoxşar məktəb təhsil üçün heç cür yararlı deyil.

Daha ətraflı videosujetdə izləyə bilərsiniz.

Məhəmməd Quliyev
Milli.Az