İsrail Prezidenti İshaq Hersoq ölkəsinin Türkiyədəki səfiri İrit Lillianın dövlət başçısı Rəcəb Tayyib Ərdoğana etimad məktubunu təqdim etməsi görüntülərini Tvitter səhifəsində paylaşıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, prezidentin görüntüləri türkcə yayımlaması diqqət çəkib.
O, Türkiyənin Tel-Əviv səfiri Şakir Özkan Torunların etimad məktubunu böyük səbirsizliklə gözlədiyini bildirib.
Milli.Az