Putindən fərman: Bu ölkələrə neft satışı qadağan edildi

27 Dekabr 2022 21:36

Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən edənlərə ölkəsindən neft və neft məhsullarının tədarükünə qadağa qoyub.

Bu barədə dövlət başçısı müvafiq fərman imzalayıb.

Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.

Rusiya neftinin və neft məhsullarının tavan qiymət tətbiq edən ölkələrə çatdırılması yalnız Putinin xüsusi qərarı əsasında mümkün olacaq.

Milli.Az