Günün qoroskopu
14 May 2010 07:00
Göylərin mənzərəsi
14 may cümə, 1-ci Ay günü, Günəş - Buğada, Ay - Əkizlərdə, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Rahat keçən bu gündə daha çox problemi həll etməyi planlaşdırın. Fenomenal qabiliyyətlərinizdən istifadə edin.
Buğa - Səhhətinizə qarşı diqqətli olun. Sizi əsəbiləşdirən məsələlərə ciddi fikir versəniz, maliyyə uğurlarını itirərsiniz.
Əkizlər - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Sevgilərlə dolu olan bu gündə ünsiyyətlərinizi genişləndirmək haqqında düşünün. Gələcəkdə ondan faydalanacaqsınız.
Xərçəng - Səhhətinizə qarşı diqqətli olun. Daha çox mütailə edib, bilik və vərdişlərinizi artırmaq yolunda çalışmalısınız.
Şir - İşləriniz alınacaq. Yaxın hesab etdiyiniz adamların himayəsi ilə çətin hesab etdiyiniz problemləri çözələyəcəksiniz.
Qız - Çətin gündür. Səhhətinizə qarşı diqqətli olun. Fəaliyyətinizi məhdudlaşdırın.
Tərəzi - İşləriniz alına bilər. Uğurlarınızı çoxaltmaq üçün lazımlı məqamda lazımlı adamların yanında olmalısınız.
Əqrəb - Sizin üçün çətin gündür. Heç bir işiniz ürəyiniz istəyən kimi yaxşı alınmayacaq.
Oxatan - Dostlarınızın əhatəsində olacaqsınız. Xeyirxahlıqla sizə deyilən məsləhətlərə əməl edin.
Oğlaq - İşləriniz alınmır. Əsəbləşməməyiniz məsləhətdir. Tamamlamadığınız işləri bitirin.
Dolça - Gücünüzü göstərə biləcəksiniz. Hörmətinizi özünüzə qaytaracaqsınız. Fəaliyyətinizi genişləndirin.
Balıqlar - Sizin üçün çətin keçən bu gündə səhhətinizə qarşı diqqətli olmalısınız. Maliyyə problemlərini yoluna qoymaq barədə fəaliyyət göstərin.
Milli.Az