Gmail niyə çökmüşdü?

18 Aprel 2012 18:12
Milli.Az "Mashable"a istinadən bildirir ki, poçta giriş veb-interfeyslə yanaşı, bəzi proqram əlavələri vasitəsilə də mümkün deyildi.

"Google" korporasiyası problemin olduğunu etiraf etsə də, rəsmi açıqlama verməyib və Twitter-dəki kiçik informasiya ilə kifayətlənib.

"TechCrunch" bildirir ki, problem bütün ölkələrdə hiss olunub.

"Gmail"in işində əvvəlki problem ötən il də yaşanmışdı. 40 min insanı poçtsuz qoymuş problem 5 günə həll olunmuşdu.

Gmail istifadəçilərinin sayı indi 350 milyondan artıqdır.

Milli.Az